|
* - Pulsuz qoşulma bütün tarif planlarında yalnız yeni qoşulmalarda təklif olunur. Yenidən qoşulma üçün qiymət 7 AZN təşkil edir. Modemin SuperOnline ofislərində pulsuz ayarlanması bütün tariflər üçün pulsuzdur. Yerində modemin instalyasiyası yalnız 3 və daha artıq aylıq ödəniş üçün pulsuzdur. Bütün digər tariflər üçün instalyasiya haqqı 5 AZN təşkil edir. Pulsuz ADSL modemi yalnız ümumi müqavilə dəyəri 50 AZN və daha artıq olduğu halda mümkündür. SuperADSL tariflərinin 50 AZN-dən aşağı tafiləri üçün modem 23 AZN depoziti ilə verilir.
** - Tarif planının seçilməsi müştəri tərəfindən lokal şəbəkəyə qoşulmuş hostların sayına əsaslanır. Host - müştəri tərəfindən kompyuter şəbəkəsinə qoşulmuş istənilən kompyuter texnikası vahididir. Məlumatların ötürülmə sürəti provayderin ADSL avadanlıqlarında seçilmiş tarif planına uyğun olaraq ayarlanır. Məlumatların ötürülmə sürəti istifadə olunan protokollar və şəbəkə elementlərinin keyfiyyətindan asılıdır(abonentin telefon xətti, digər operatorların məlumat ötürmə şəbəkələrindən və eləcə də abonentin avadanlığı ilə birbaşa əlaqəli digər serverlər və şəbəkə avadanlıqları). Bununla əlaqədar, provayder bütün xidmət müddəti ərzində məlumatların ötürülmə sürətinin dəyişməz qalmağına zəmanət vermir.
Ev istifadəçiləri və kiçik müəssisələr üçün Bronze tarifi məsləhət görülür. Silver tarifi 6-10 kompyuterdən ibarət şəbəkəyə malik orta müəssisələrə, həmçinin, İnternetdən intensiv istifadə edən ev istifadəçilərinə məsləhət görülür. 10-dan daha çox kompyuter istifadə edən iri kompaniyalara öz seçimlərini Gold tarifində saxlamağı məsləhət görürük. Ən bahalı Platinum tarifi daimi sürətə zəmanət verir və İnternet klub və kafelər üçün ən optimal tarifdir.
Artıq SuperADSL-ə qoşulma 406, 421, 422, 323, 428, 429, 430, 431, 432, 433, 434, 437, 438, 439, 440, 441, 449, 452, 453, 454, 457, 458, 370, 371, 372, 373, 374, 375, 376, 477, 478, 379, 491, 492, 493, 494, 495, 497, 498, 499, 502, 510, 513, 514, 520, 530, 533, 537, 550, 553, 554, 560, 561, 562, 563, 564, 565, 566, 567, 568, 569, 570, 571, 579, 595, 596, 597, 598 indeksləri ilə başlayan nömrələrdən mümkündür. SuperADSL quraşdırma müddəti ərizə vermə tarixindən başlayaraq 4-7 iş günü təşkil edir. Təcili 1-2 iş gün ərzində SuperADSL-ə qoşulma 50 AZN təşkil edir.
1, 2 ay müddətində 425, 427, 581 ATS-lərinə qoşulmaq planlaşdırılır. SuperADSL əhatə dairəsinin genişlənməsi xəbərini almaq istəyənlər əvvəlcədən ərizə yaza bilərlər.
Seçdiyi tarif planından asılı olmayaraq, bütün SuperADSL istifadəçilərinə bir dinamik IP-ünvan verilir. Statik (daimi) IP-ünvan kirayəsinin qiyməti illik 24 AZN təşkil edir.
Daha çox abunə ödənişli tarif planından daha az abunə ödənişli tarif planına keçmək üçün ödəniş 5 AZN təşkil edir. Eyni, və ya daha çox abunə ödənişli tarif planına keçid pulsuz həyata keçirilir.
| Sürətli SuperADSL qoşma - 012- |
|